Şirkətimiz günəş panellərinin dünyanın ən qabaqcıl istehsalçılarından olan "Longi" şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir. 2000-ci ildə qurulan "LONGİ" dünyanın ən öndəgedən günəş texnologiyası tərtibatçısıdır. Yaşıl texnologiya üçün yol açan ən etibarlı və güvənli şirkət olaraq, "Longi", yaşıl dünya qurmaq üçün günəş enerjisindən ən səmərəli şəkildə istifadə etməyi əsas hədəf seçmişdir. Bu şirkət innovasiya yönümlü inkişafı ilə müxtəlif sənaye və ev təsərrüfatları üçün, irimiqyaslı elektrik stansiyaları üçün həllər hazırlayır.
Hi-Mo X10 Guardian modeli tək "LONGİ"-nin deyil, eləcə də bütün mövcud günəş panelləri arasında keyfiyyəti və innovativliyi ilə ən üstün model hesab edilir. Ən yeni nəsil HPBC 2.0 xanaları sayəsində günəş şüasının əks olunması 12% azalıb ki, bu da panellərin günəşdən daha çox enerji alması deməkdir. Bundan əlavə bu panellərin enerji istehsalı qabiliyyəti ən yaxın rəqibindən 30W daha artıqdır. Bunun sayəsində 5% daha az panel istifadə etməklə eyni enerjini əldə etmək mümkündür. Panel sayının azazlması eyni zamanda quraşdırma üçün tələb olunan aksessuarlar və kabellərə, eləcə də quraşdırma və yekdaşıma xərclərində qənaət deməkdir.
Anti-toz texnologiyası ilə çərçivəsinin xüsusi hazırlanmış forması panelin üzərində yığılan tozun, qarın və yağış sularının asanlıqla sürüşməsinə imkan yaradır. Ağır hava şəraitli ərazilərdə Hi-Mo X10 panelləri ilə günəşin enerjisindən daha səmərəli yararlana bilirsiniz.
Texniki spesifikasiya